Ramil Quliyev Əziz Yıldırımı ağlatdı, Ərdoğandan təbrik aldı

Ramil Quliyev Əziz Yıldırımı ağlatdı, Ərdoğandan təbrik aldı
Atletika, Digər
11 Avqust 2017 - 03:56
Supersport.Az-ın məlumatına görə, azərbaycanlı atlet Ramil Quliyevin Türkiyəyə tarixində ilk dəfə dünya çempionluğu qazandırması qardaş ölkəni sevindirib.

Prezident Rəcəb Tayyib Ərdoğan idmançını təbrik edib, onunla qürur duyduqlarını bəyan edib:

"Dünya Atletika Çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi səmimi qəlbdən təbrik edirəm".

"Fənərbağça"nın prezidenti Əziz Yıldırım çox fəxr etdiyini və ağlayacaq durumda olduğunu bildirib:

"Ramilin bu gecə zəfəri, basketbolda Avropa çempionu olan komandamızın uğuruna bərabərdir, hətta daha çoxdur. Hazırda ağlayacaq vəziyyətdəyəm. Belə bir uşağımızın dünya çempionu olmasından çox qürurluyam. İnşAllah digər idmançılar da bunu bacaracaq.

Ramil Quliyev Türk atletikasının gücünü dünyaya çatdırdı. Azərbaycana təşəkkür etməliyik. Ramil bu gün iki dövlətin, bir millətin övladı olaraq mübarizə apardı, bizi qürurlandırdı. Bütün dünya mətbuatı həm Türkiyə, həm də "Fənəbağça"nın adını eşitdi. Ramil bu qaçışıyla Türkiyənin atletikada var olduğunu dünyaya göstərdi və sübut etdi".

Digər xəbərlər