Niyaməddin Paşayev: "Niyə də olmasın?"

Niyaməddin Paşayev: "Niyə də olmasın?"
İslamiada-2017, Digər, Eksklüziv, Taekvondo
06 İyun 2017 - 01:13
Supersport.Az-a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, dünya çempionu Niyaməddin Paşayev fikirlərini bildirib.

"Çox sevindirici haldir ki, taekvondo yığmamız İslamiadada uğurlu çıxışla yadda qaldı. Qazanılan mükafatlardan 6-sı qızıl medal oldu. İdmançılarımızla fəxr edirik. 6 ay ərzində çox əziyyət çəkdik və bəhrəsini gördük. Dövlət rəhbəri və federasiya prezidentinə təşəkkür edirəm. Kəmaləddin müəllim yığmamızın çıxışından raz qaldı və daha çox uğurlar arzuladı" deyən qurum rəsmisi, İslamiadada qızıl medal qazananların dünya çempionatında uğur əldə edəcəyinə inanır:

"Niyə də olmasın ki? Dünya çempionatı daha çətin yarışdır. Burada 105 ölkədən çox dövlət iştirak edir. Kiminsə adını çəkmək düzgün olmaz".

Qeyd edək ki, İslam Oyunlarına 12 taekvondoçu ilə qatılan millimiz yarışda 6 qızıl, 2 gümüş və 1 bürünc, ümumilikdə 9 medalla qazanaraq, komanda hesabında birinci olub.

Türkiyə ikinci, İran üçüncü, Özbəkistan millisi isə dördüncü pillədə qərarlaşıb.

 

Digər xəbərlər