"5-ci İslamiadada Türkiyə birinci olmalıdır"

"5-ci İslamiadada Türkiyə birinci olmalıdır"
İslamiada-2017, Digər
25 May 2017 - 19:15
Supersport.Az-ın məlumatına görə, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç açıqlamasında belə deyib.

İdman rəhbəri, Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında qazanılan uğuru yüksək qiymətləndirib.

Bu yarışda Türkiyənin 339 idmançısı 21 idman növünün 19-da 195 medal qazanaraq Azərbaycandan sonra ikinci olub.

Bakıda ISSF bayrağı İstanbula təqdim olunub, türk bayrağı qaldırılıb, himni səslənib.

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç ölkəsinin uğur qazanan idmançılarını təbrik edib:

"Qardaş ölkədə 71 qızıl, 67 gümüş və 57 bürünc medal qazanan idmançılarımızı ürəkdən təbrik edirəm. İslamiadada ən böyük zəfərə imza atdıq. İnanıram ki, idmançılarımız 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Oyunlarında birinci olacaq. Bütün atletlərimizi və bunda zəhmətləri olanları təbrik edir, zəfərərin davamını arzulayıram".

Digər xəbərlər