
İngiltərə futbolunda istefa
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasını tərk edən klubun baş məşqçisi istefa verib.
“Sanderlend” mütəxəssis Devid Moyeslə yolları ayırıb. Klub prezidenti Ellis Şort mövsümün əvvəli baş məşqçi vəzifəsinə gələn 54 yaşlı Moyesin istefasını qəbul edib.
Qeyd edək ki, 4 illik müqaviləsi olan Moyesin rəhbərliyi dövründə 24 xal toplayaraq Premyer Liqada sonuncu olaraq 10 il sonra aşağı liqaya düşüb. “Everton” və “Mançester Yunayted”i çalışdırmış Moyes, “Sanderlend”ə gəlməzdən əvvəl 1 il “Real Sosyedad”da fəaliyyət göstərib.