Supersport.Az-ın məlumatına görə, bu gün İslamiadanın futbol yarışının finalçıları müəyyənləşib.
İlk yarımfinal qarşılaşmasında Azərbaycan Əlcəzairi məğlub edib.
12:30 Əlcəzair – Azərbaycan 2:0
Qollar: Ruslan Abışov 39, Məqsəd İsayev 58
Azərbaycan komandası bu heyətdə keçirdi: Şahruddin Məhəmmədəliyev, Sadiq Quliyev, Rəşad Sadiqov, Coşqun Diniyev, Elşən Abdullayev, Ağabala Ramazanov, Mahir Mədətov (Orxan Əliyev, 81), Ruslan Abışov (kapitan), Məqsəd İsayev (Tellur Mütəllimov, 77), Azər Salahlı, Vüqar Mustafayev (Elvin Camalov, 72).
Digər yarımfinal oyununda Oman Kamerunu 4:3 hesabıyla penatilər seriyasında məğlub edib.