Azərbaycanın iki güləşçisi İslamiadada bürünc medal qazanıb.
59 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov üçüncü yer uğrunda görüşdə İordaniya təmsilçisi Mostafa Alqadeniyə 8:0 hesablı qalib gəlib.
Milli komandanın təcrübəli pəhləvanı Rəsul Çunayev (71 kq) ümidləri doğrultmayıb. Yarımfinalda güləşçimiz hesabda 5:0 irəlidə olsa da, rəqibinə 6 xal verərək məğlub olub.
Üçüncü yer uğrunda görüşdə R.Çunayev türkiyəli İlker Sönmezlə qarşılaşmada 4:1 hesabı ilə qələbə qazanıb.