7 boksçumuz yarımfinalda

7 boksçumuz yarımfinalda
İslamiada-2017, Digər, Boks
16 May 2017 - 22:49
Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinalçılar müəyyənləşib.

Bu gün Azərbaycanın dörd idmançısı rinqə çıxıb.

Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov dörddəbir finalda pakistanlı Əli Xana 5:0 hesabı ilə qalib gəlib. R.Rəhimov sabah misirli Abdelrəhman Abdelqəvvədlə döyüşəcək.

Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla görüşdə asan qələbə qazanıb - 5:0. Təmsilçimiz sabah yarımfinalda mərakeşli Yuness Qarrumi ilə qarşılaşacaq.

Bununla da yarımfinala vəsiqə qazanan Azərbaycan boksçularının sayı yeddiyə çatıb. Bundan əvvəl Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) buna nail olmuşdu..

Azərbaycan millisinin digər üzvü Elvin İsayev (64 kq) dörddəbir final mərhələsində özbək Aliyor Noraliyevlə bacarmayıb.

Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə dörddəbirdə Abrorjon Kodırova məğlub olaraq mübarizəni dayandırıb.

Digər xəbərlər