Yaşar Bəşirov: "Karate yığmamızın birinci olması yüksək nailiyyətdir" - Video

Yaşar Bəşirov: "Karate yığmamızın birinci olması yüksək nailiyyətdir" - Video
Karate, İslamiada-2017, Digər, Eksklüziv, Video
15 May 2017 - 15:39
Supersport.Az-a açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti, 8-ci dan qara kəmər sahibi Yaşar Bəşirov idmançılarımızın İslamiadada çıxışını dəyərləndirib.

Federasiya rəhbəri, yığmamızın medal sayında birinci yerə çıxdığını və bunun böyük uğur olduğunu bildirib. Qurum prezidenti əsas hədəfin Tokio Olimpiadasında zəfər qazanmağın da vacibliyini qeyd edib.

Qeyd edək ki,  Azərbaycan karateçiləri ölkə idmanının qızıl səhifələrinə daha bir tarixi zəfər yazdılar. Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarında 5 qızıl, 2 gümüş və 3 bürünc medal olmaqla 10 mükafta sahib olan milli komandamız karate yarışlarını birinci pillədə başa vurdu.
Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq) və Roman Heydərov (kata) İslam Oyunlarının qalibi oldular. İlahə Qasımova (-55 kq) və Fəridə Əliyeva (+68 kq) gümüş medal qazandı. Nuranə Əliyeva (-50 kq), Firdovsi Fərzəliyev (-60 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medala layiq oldu.


Süleyman

Digər xəbərlər