İki boksçumuz ən azı bürünc medalı təmin etdi

İki boksçumuz ən azı bürünc medalı təmin etdi
İslamiada-2017, Digər, Boks
14 May 2017 - 23:26
Supersport.Az-ın məlumatına görə, İslamiadada boks yarışlarının üçüncü günündə iştirak edən hər üç təmsilçimiz rinqi qalib tərk edib.

Dörddəbirfinaldan mübarizəyə başlayan dünya çempionumuz Cavid Çələbiyev (60 kq) türkiyəli Hakan Doğanı 5:0 hesabı ilə məğlub edərək, ən azı bürünc medalı təmin edib. Cavid Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəy ilə döyüşəcək.

Tamerlan Abdullayev (69 kq) türkmənistanlı Muhemmetmirat Sahedova 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Boksçumuz bu mərhələdə qətərli Tulasimaraam Tarumalinqam ilə üz-üzə gələcək. Döyüş mayın 15-də keçiriləcək.

London Olimpiadasının bürünc, birinci Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov (91 kq) isə mübarizəyə dörddəbirfinaldan start verib. Teymur, Özbəkistan boksçusu Sardorbek Beqaliyevə qalib gəlib – 5:0. Beləliklə, T.Məmmədov ən azı bürünc medalı təmin edib. Boksçumuz mayın 17-də yarımfinal döyüşündə suriyalı Eldin Qoussunla qarşılaşacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları mayın 18-də başa çatacaq.

Digər xəbərlər