Supersport.Az İslamiadanın cüdo yarışında birinci olan Nicat Şıxəlizadənin fikirlərini videogörüntüyə alıb.
Mükafatı ölkə prezidenti İlham Əliyevin təqdim etməsinə çox sevindiyini deyən çempion, uğurların sayını artırmağa çalışacağını bildirib: “Başqa qalib olan idmançılarımız da vardı. Prezident İlham Əliyevin mənə mükafatı təqdim edəcəyini gözləmirdim. Buna görə çox sevindim”.