Supersport.Az Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Almaniya oyunundan sonra maraqlı videogörüntü çəkib.
Qarşılaşmanın ardından bəzi azarkeşlərimiz qonaq komandanın futbolçulaırndan forma almağa cəhd edib. Ancaq onların bu istəyi baş tutmayıb. Məsut Özil formasını fanatlara verməsə də, butsusunu meydandan kənarda olan balaca futbolçulara hədiyyə edib.