Rəşad Sadıqov: "Almaniyaya azarkeşlik edənlər gəlməsə yaxşıdır"

Futbol
12 Mart 2017 - 16:34
Supersport.Az-ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsində Almaniya yığmasını qəbul edəcək Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov fikirlərini bildirib.
Təcrübəli futbolçu sosial şəbəkələrdən birində bu sözləri qeyd edib.
"Bizdə azarkeşlərin stadiona gəlməyi məni qane etmir. Stadion bomboş olur. Futbolçular da oynayan zaman həvəssiz oynayır. Ancaq Avropa Liqasında çox azarkeş görürük. Məğlub olduqda isə təndiq olunuruq. Almaniya ilə oyun ərəfəsində yenə də söz söhbətlər dolaşır. Uduzacaqsınız deyə. Belə halda futbolçular oturub fikirləşir ki, necə oynayaq. Artıq zamanıdır bəlkə də artıq keçib stadionu tam doldurmaq lazımdır. Gəlib Almaniyaya azarkeşlik edənlər gəlməsə yaxşıdır".
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da Respublika stadionunda keçiriləcək.