Yaşar Bəşirov: "Tokioda qızıl medal qazana bilərik"

Yaşar Bəşirov: "Tokioda qızıl medal qazana bilərik"
Karate, Digər, Eksklüziv
12 Mart 2017 - 14:54
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov 8-ci dəfə keçirilən "Baku Open" turniri haqqında Supersport.Az saytına maraqlı açıqlama verib.

Federasiya rəhbəri yarış haqqında bunları deyib:

"Artıq 8-ci dəfə keçirilən "Baku Open" turniri ənənə halını alıb. Bu yarışın keçirilməsində bizə Gənclər və İdman Naziriliyi çox köməklik edib. Bu ilin sonunda sponsor məsləsini də həll edəcəyik. Yarışa maraq hər il daha da artır. İdamançıların da səviyyəsi göz qabağındadır. İlk Avropa Oyunlarında 4 qızıl və 2 bürünc medal əldə edərək 50 ölkə arasında 1-ci olmuşduq. Qızlar və oğlanlar arasında Avropa çempionlarımız var. İki legionerimiz var. İrina və Dorota biz bunları inkişaf üçün edirik. Yeniyetmələr və gənclər də onlara baxıb ruhlansılar. Deyərdim ki, Azərbaycan karateçilərini, xüsusi ilə də böyükləri artıq bütün dünya tanıyır. Qızlarımız da öz sözlərini deməyə başlayıblar. Artıq biz bu ildən yubiley medal da təsis etdik. Biz bu medalı qonaqlarımıza və karatenin xüsusi inkişafında köməyi olanlara veririk. Artıq 20 ildir ki, biz fəaliyyət göstəririk. Nəticələrimiz də göz qabağındadır. Tokioda keçiriləcək Olimpiadada karatenin olması bizi sevindirir. Tokioda Azərbaycanı 8 idmançı təmsil etməyə çalışacaq. 4 kişi və 4 qadın. Bunlardan kumitedə 3 kişi, 2 qadın, katada 1 kişi və 1 qadın çıxış edəcək. Biz çalışırıq ki, daha çox lisenziya qazanaq. İnanırıq ki, Tokioda qızıl medal qazana biləcəyik".

Qurum prezidenti bildirib ki, bu ayın sonu Dubaydakı yarışdan sonra İslamiadada ölkəmizi təmsil edəcək idmançılar məlum olacaq.

"Belə deyə bilərəm ki, Rafael və İrina 90 faiz iştirak edəcək. Amma daha dəqiq son yarışdan sonra bilinəcək". 

Digər xəbərlər