“Qızıl top”u qazanmamağım üçün çox sarı vərəqə verdilər”
Supersport.Az-ın məlumatına görə, “Qalatasaray”ın əfsanəvi futbolçusu George Haci maraqlı açıqlamasıyla diqqət çəkib.
“Mənim Türk futboluna nə dərəcədə faydalı olduğumu deyə bilmərəm. Ancaq bildirim ki, Türkiyə seçmə komandasında mən çatmırdım. Mən olsaydım türklər üçüncü deyil, dünya çempionu olardı. Çünki mən beləyəm: üçüncülüklə brincilik araslnda fərq yaradan oyunçu. Həmin ildə “Ballon d’Or” (“Qızıl top”) mükafatını qazanmamağım üçün çox sarı vərəqə verdilər” – deyə, keçmiş ulduz “Socrates” jurnalına bildirib.
Rumıniyalı 52 yaşlı veteran futbolçu Haci, Əmrə haqda da danışıb:
“Qalatasaray” onun eviydi, o da qayıtmalıydı. Ancaq “Qalatasaray” onu istəməyəndə nə etməli idi? Futboldan ayrılmalı idi? “Fənərbağça”lı olduğunu deməsə onu qəbul etməzdilər. Məncə, məcburən belə söylədi.
Özhan Canaydını böyük hörmətlə yada salıram. Ancaq məni 6 ay tək buraxdılar. “Fənərbağça”nı 5:1 məğlub edib kuboku qazandıq. Onlar mükafatı aparıb, uğuru qeyd etdilər. Mən də evə getdim. Şəkildə belə yox idim. Məni dəvət etmədilər, heç kimsəni. O zaman məni artıq istəmədiklərinə əmin oldum”.