8:0-lıq məğlubiyyətə psixoloq köməyi

Futbol
01 Mart 2017 - 21:31
Supersport.Az-ın məlumatına görə, Bundesliqa klubu belə addım atmağa məcbur olub.
"Bayern"in "Hamburq"a 8 qolla qalib gəlməsindən sonra məğlub komanda tanınmış psixoloq Kristian Şprekelsi gətirib. Şprekelsdən futbolçularla danışmaq və onları qarşıdakı oyunlara hazırlamaq istənilib.
Qeyd edək ki, "Hamburq" "Bayern"lə "Alyans Arena"da keçirdiyi son 4 qarşılaşmada 2-9, 0-8, 0-5 və 0-8 hesabları ilə uduzub.
Məğlub komanda 18 klubun yarışdığı Bundesliqada 22 turda 20 xal toplamaqla 16-cı pillədədir.