“Bombardirlik haqda danışmaq istəmirəm” – Filip Ozobiç

Futbol
09 Fevral 2017 - 22:27
“Qəbələ” Premyer Liqasının XVII turunda AZAL-a 2:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçin vurduğu 2 qolla qələbə qazanıb. “Asan oyun olmur. AZAL-la qarşılaşma da istisna deyil. Supersport.Az xəbər verir ki, bu sözləri Qəbələnin futbolçusu Flip Ozobiç deyib. Bütün görüşlərdəki kimi yenə ağır və gərgin oyun keçdi. Rəqibimiz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, kifayət qədər yaxşı futbol nümayiş etdirdi. Buna baxmayaraq, hesab açılana qədər də qol imkanlarımız oldu. Düşünürəm ki, fərqlənməyimiz üçün hücumların sonunda bir az uğur çatmırdı. Amma komandamızın heyətində xeyli sayda yüksək ustalıq səviyyəsinə malik futbolçular var. Bu da sonda sözünü dedi və 2 qol vura bildik”.
Vurduğu qolların sayını 9-a çatdırıb, bombardirlər yarışında vahid liderliyi ələ alan Ozobiç “Qəbələ”də ilk dubluna imza atıb. Sonuncu dəfə vətənində “Slaven”in heyətində çıxış edərkən bir oyunda 2 qol vuran orta sahə oyunçusu 1004 gündən sonra dubl rəsmiləşdirib.
2014-cü il mayın 11-də “Zadar” üzərində qələbəyə 2 topla töhfə verən Filip dubl və bombardirlik haqda yox, yalnız qarşıdakı matç barədə düşünür: “Hələ “Slaven”də çıxış etdiyim vaxt imza atdığım sonuncu dublu yaxşı xatırlayıram. Amma bu dəfə 2 qol vurmağım deyil qalib gəlib, bu üç xalı qazanmağımız vacib idi. Dubla imza atmağım, çempionluq və bombardirlik haqda danışmaq istəməzdim. Çünki yalnız qarşıdakı görüşə köklənib, həmin matçı düşünürük. “Zirə” ilə həmin qarşılaşmaya da qələbə üçün çıxacağıq. Səfərdən 3 xalla qayıtmaq istəyirik”.