Messidən Ronaldoya tərif

Messidən Ronaldoya tərif
Futbol
18 Yanvar 2017 - 20:03
Supersport.Az-ın məlumatına görə, dünya futbolunun ulduzlarından olan Lionel Messi Kriştiano Ronaldo haqda müsbət fikir bildirib.

"Barselona" məni istədiyi müddətdə burada qalacağam. Komanda və şəhərdən ayrılmaq fikrim yoxdur. Burada bütün uğurları qazandım. Kuboklar sırasında fərq qoymaq istəmirəm".

Messi Ronaldonun ünvanına tərif söyləyib: "Kriştiano Ronaldo yaxşı futbolçudur. Hər ikimiz bir-birimizə hörmətlə yanaşırıq".

Argentinalı futbolçu Frank Raykaardın futbol həyatında ən önəmli məşqçilərdən biri olduğunu qeyd edib:

"O, mənə ilk fürsəti verdi, güvəndi və əsas komandada məşqlərə çıxardı. İlk oyunuma onun rəhbərliyi vaxtı çıxdım. Mənim üçün hər şeyi başladan insan".

Messi, 2009-cu ildə Çempionlar Liqasında finalda "Mançester Yunayted"ə vurduğu qolun karyerasında ən yadda qalan olduğunu deyib:

"Gözəl yox, vacib olduğu üçün həmin qol yaddaşıma həkk olunub. "Mançester Yunayted"ə qarşı 1-0 öndəydik və vurduğum qol oyunu bitirdi".

Digər xəbərlər