“Qarabağ” Antalyada hazırlığını davam etdirir. Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda təlim-məşq toplanışının üçüncü günündə bir məşqlə kifayətlənib. Axşam saatlarında başlayan məşq fiziki təmrin və toplu çalışmalara həsr olunub. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı “Qarabağ”ın üzvləri kross qaçış, daha sonra isə topla müxtəlif hərəkətləri yerinə yetiriblər. |
