MİLLİMİZ 1/4 FİNALDA: QAPIÇIMIZ DA QOL VURDU

MİLLİMİZ 1/4 FİNALDA: QAPIÇIMIZ DA QOL VURDU
Futzal
23 Sentyabr 2016 - 06:52
Futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununu keçirib.

Supersport.Az-ın məlumatına görə, millimiz Tailand yığması ilə qarşılaşıb. İki əsas, bir əlavə hissəlik mübarizədə qapılara 21 qol vurulub. Rəqibini 13:8 hesabı ilə məğlub edən komandamız qrup ikincisi kimi 1/4 finala yüksəlib. Oyunun qəhrəmanı qolkiper Rövşən Hüseynli olub. Buraxılan 8 qolun  heç biri onun səhvindən vurulmayıb. Üstəlik, hesab 8:7 xeyrimizə olarkən 2 dəfə 7 metrlik zərbəni dəf edib, hətta qol da vurub.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Mərakeşə qalib (5:0) gəlib, İspaniyaya uduzub (2:4) və son oyunda İranla heç-heçə ( 3:3) edərək 1/8 finala yüksəlib.

Miltinyonun rəhbərlik etdiyi millimiz 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq. Sentyabr 26-da keçiriləcək görüş Bakı vaxtı ilə gecə saat 03:00-da başlayacaq.

Dünya çempionatı, 1/8 final

02:30. Tailand - Azərbaycan - 8:13

Qollar: Toenklanq, 8, 12, Vunkao, 17, 18, 25, Sonviçian, 21, Şudeş, 36, 44 - Vassura, 3, 43, Fineo, 5, 12, 43, 47, 48, Vitali Borisov, 13, Bolinya, 27, 28, 40, Poletto, 30, Rövşən Hüseynli, 48

Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları).

Medellin. "Coliseo Ivan de Bedout"

Digər xəbərlər