Supersport.Az-ın məlumatıan görə, “Rio-2016” Yay Olimpiya Oyunlarının VI günü Azərbaycan yığmasının daha 6 üzvü yarışacaq.
Cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcək. Digər 3 atletimiz mübarizəni davam etdirəcək.
Boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında yarışacaq.
Rio–2016 VI gün. Cədvəl
Cüdo
90 kq, Məmmədəli Mehdiyev (Azərbaycan) – Denis Kirill (Rusiya), 1/16 final,saat: 17:56
Üzgüçülük
100 metr sərbəst
Boris Kirilov, təsnifat mərhələsi, saat: 20:40
Kanoe Slalom
Yuri Meqliç (K 1), yarımfinal,saat: 20:30
Boks
91 kq, Abdulqadir Abdullayev – Rüstəm Tulaqanov (Özbəkistan), 1/4 final, saat: 20:45
İdman gimnastikası
Oleq Stepko (Çoxnövçülük), final, saat: 23:00