Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışında növbəti döyüşlər keçirilib.
Supersport.Az-ın məlumatına görə, Rioya tam heyətlə yollanmış millimizin 81 kq çəki dərəcəsində çıxış edən üzvü Teymur Məmmədovun 1/16 final mərhələsində rəqibi ukraynalı Denis Solonenko olub. 23 yaşlı boksçumuz 2-1 hesabı ilə qələbə qazanaraq adını növbəti raunda yazdırıb.