Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvləri Raman Saley və Dmitri Saley 26 aprel-8 may tarixlərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün Portuqaliyanın Funşal şəhərinə yola düşüblər. Supersport.Az xəbər verir ki, bu yarış idmançılarımızın Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq üçün önəmlidir. Qeyd edək ki, hər iki idmançımız Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

PARALİMPİYAÇILARIMIZ PORTUQALİYAYA GETDİLƏR
Dərc etdi:
Supersport
Supersport.Az portalı 2009-cu ildə təsis olunub. Yarandığı gündən sayt ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim edib. Supersport.Az Mətbuat Şurasının üzvüdür. Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanıb. Supersport.Az-ın internet (youtube) kanalının hazırda 43 min 500-dən çox abunəçisi var və 9 milyon 600 mindən artıq baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edib. Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimiz UEFA-ya da göndərilib. Supersport.Az-ın Avropa təmsilçisi, fotomüxbiri Vüsal Şirəliyev Çempionlar Liqasının "Mançester Siti" – "İnter", Konfrans Liqasının "Roma" – "Feyenoord" final matçlarını və çox sayda digər beynəlxalq oyunları işıqlandırıb. Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha böyük uğurlar əldə etməyə çalışacaq.