BAYRAĞIMIZI UCALDAN GƏNCLİYİMİZ

BAYRAĞIMIZI UCALDAN GƏNCLİYİMİZ
Ulduz
20 Noyabr 2012 - 13:24
Vətənə, dövlətə sevgi, bayrağa hörmət onu zirvələrədaşımaqdan qaynaqlanır.

“Bir kərə yüksələn bayraq, bir daha enməz”.

Bu sözlər Şərqdə ilk demokratik ölkənin – AzərbaycanDemokratik Respublikasının banisi Məhəmməd ƏminRəsulzadəyə məxusdur.

Bayrağı ucalara yüksəltmək, himn sədalarını eşitməyinsevincini yaşamağın məqamı başqadır. Bu hissləri sözlə ifadə etmək mümkünsüzdür. 

İdman hər millətin, xalqın başqa dövlətlər sırasında adını, şöhrətini ucaldır. Bu sahə müasir dünyada çox geniş yerəmalikdir və mühüm əhəmiyyət kəsb edir.

“İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Bu dəyərli sözlərin müəllifi ümummilli lider Heydər Əliyev olub.

Həqiqətən idman cəmiyyətin həm ən vacib sahəsi, ayrılmaz hissəsi, həm də böyük siyasətdir. İdmanla məşğul olan hərkəs sağlam olur.

Azərbaycanın gələcəyi gənclərindir və onların sağlamlığı çox vacibdir. Fiziki, mənəvi-əqli cəhətdən sağlam və düşüncəligənclər ölkənin inkişaf yoludur. İdmanın həm böyük siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyəti var.

Bu gün Azərbaycan gəncliyi başqa sahələrdə olduğu kimi, idmanda da dünya miqyasında meydan sulayır: ən güclüolduğunu nümayiş etdirir, sübut edir.

Hazırda ölkəmizdə idmana elə bir diqqət, qayğı var ki, idmançılar bunun qarşılığını verməyə borcludurlar.

Onlar ölkə Prezidenti İlham Əliyevin bu sahəyə qayğısından ilham alaraq, uğurları sıralayırlar.

RUHDAN DÜŞMƏDƏN, İRƏLİ!

Fiziki baxımdan problemlə üzləşənlərin istər həyat, istərsə də idman mübarizəsində qalib gəlməsi müşküldür. Onların əksəriyyətibelə olan halda sınır, mücadilə aparmaqda aciz qalırlar. Bununla belə, bu mübarizədə sona kimi döyüşüb qəhrəmana çevrilənlərlədə rastlaşırıq...

O, Vətənə xidmətin şərəfli yolunu seçdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gözlərinin nurunu itirsə belə parlaq qələbələri iləmilyonların qəlbinə nur çilədi. Vətənpərvərliyi, cəsarəti, mübarizliyi ilə gənclərimizə örnək qəhrəmandır. Bu igid ölümlə üzləşsə də,hər iki mübarizədə qalibdir.

Bütün varlığında vətən və həyat sevgisi gəzdirən bu qəhrəman ağrı-acılara əyilmədi, canından belə keçməyə hazır oldu. Nəqədər ağır olsa da, iradənin və dözümün ucalığında dayanan igid dəyanəti sayəsində zirvələrə yüksəldi.

Ən böyük arzusu Qarabağda yüksəkliklərə qələbə bayrağını sancmaq olduğu halda, tale onun qarşısına tikanlı sədd çəkdi.Əvəzində bütün varlığı – fədakarlığı, dözümü, əzmi, qüdrəti, şücaəti ilə başqa bir sahədə – idmanda parladı. Hünəri sayəsindədəfələrlə Azərbaycan bayrağı qaldırıldı, himnimiz çalındı. Hər kəs bu Vətən oğlu ilə fəxr etdi, hədsiz sevinc hissləri keçirdi. O,yenə döyüş meydanında vuruşur. İndi bu igidə kimsənin istər arxadan, istərsə də kol dalından atəş açması mümkünsüzdür.Qarşısında duran rəqiblərini bir sıra keyfiyyətləri ilə məğlubiyyətə uğradır: ağlının qüdrəti, Vətən eşqi, qolunun və biləyinin gücühesabına.

Bu, qaranlıqla döyüşən, onun üzərində qələbələri sıralayan bir qəhrəmanın Vətən məhəbbəti və böyük zəfəridir.

Göz işığını itirməklə hər şey bitmir. O, inadı və mərdliyi ilə bir daha sübut edir ki, ümid, sabaha inam və iradə möhkəm olduğuhalda bütün pisliklər və namərdliklər üzərində zəfər qazanılır. Bu igidin daxilində olan sönməz işıq, daim onun yollarına nursaçmaqla qaranlıqda uğurlara daşıyır.

Söhbət dünyada məşhur cüdoçu, Azərbaycanın qüruru İlham Zəkiyevdən gedir. Onun zəfərləri saysızdır, “Ginnesin RekordlarKitabı”na doğru irəliləyir.

İlham, Qarabağda yarımçıq qalan savaşını indi idmanda davam etdirir. Gündəlik məşqlər, görüşlər, bir də ümidlər onu heç vaxt tərk etmir.

Qarabağ savaşı qazisi, əməkdar idman ustası, 5-ci dan qara kəmər sahibi, dördqat Avropa, ikiqat dünya çempionu və iki dəfə Paralimpiya Oyunlarının qalibidir. Bu sırada ölkədaxili və müxtəlif beynəlxalq turnirlərdəki uğurları da qeyd etsək, siyahı daha geniş alınar.

İlhamın idmana gəlişi qardaşı Fikrətin sayəsində mümkün olub. 15 yaşında Mehdi Hüseynzadə adına Sumqayıt şəhərstadionunda məşqçi Əhməd Rəcəblinin köməyi ilə cüdo ilə məşğul olmağa başlayıb. Qısa müddətdə istedadını ortaya qoyan İlham inamla irəliləyərək, qələbələri sıralayıb.

Azərbaycan tarixində ilk dəfə paralimpiya yarışlarında ikiqat çempion adını qazanıb.

HƏYAT VƏ MEYDAN MÜBARİZƏSİNİN QALİBİ

Sumqayıt cüdo məktəbinin yetirməsinin həyatı keşməkeşli olsa da, idman sahəsində möhtəşəm zəfərlərə imza atıb. Qarabağsavaşı qazisi, ikiqat olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu, əməkdar idman ustası olmaqla yanaşı “Şöhrət” ordeninəlayiq görülüb.

Son Paralimpiya oyunlarında Azərbaycanın bayraqdarı olub.

1998-ci ildə sambo üzrə gənclərin ölkə çempionu və ölkə kubokunun sahibi İlham Zəkiyevin Moskvada beynəlxalq turnirəqatılmaq istəyi baş tutmasa da, hərbi xidmətə yollanmağı qərara alıb. İlham Azərbaycan və Ermənistan qoşunlarının təmasxəttində, Füzuli rayonunda Vətənin keşiyində dayanmağa başlayıb. Fiziki cəhətdən güclü və dözümlü olduğu üçün onukəşfiyyatçı təyin edirlər, bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlir. 1999-cu ilin fevralında növbəti dəfədöyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş İlhamı ağır yaralayır. Güllə onun başına dəyir, sol gicgahındangirərək sağ gicgahından çıxır, 5 gün komada olur.

Anası həmin günləri belə xatırlayır:

“...Onu hərbi hospitalda tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər əllərini üzmüşdülər, “İdmançı olduğu üçün ürəyi hələ ki,müqavimət göstərir” – dedilər. Mən onu çağırdım, “İlham” – dedim. İlham mənə ağrı və sızıltılı bir səslə “Üşüyürəm” cavabınıverdi. Birdən hamı başa düşdü ki, İlham ölümünü üstələyib. Tez əynimdəki jaketi çıxarıb onun üstünə saldım... Sonra yanındaoturub isti çay verdim...”

Bəli, həkimlər əllərini üzsələr də, İlahinin köməyilə, yenilməz fiziki və mənəvi gücü sayəsində İlham yavaş-yavaş özünə gəlir.Lakin komadan çıxdıqdan sonra məlum olur ki, 19 yaşlı döyüşçü görmə qabiliyyətini tam itirib. Həkimlər belə bir ölümcül yaradansonra onun sağ qalmasına məəttəl qalırlar. İlham Zəkiyev birinci qrup Qarabağ əlili kimi evə dönür. Gənc İlham görməqabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşsə də ailəsinin və yaxın dostlarının dəstəyi ilə ağır dövrü arxada qoyur. Beləbir vəziyyətdə onun böyük idmana dönüşü fantaziya kimi qəbul edilə bilərdi. Buna baxmayaraq, İlham idmana yenidən qayıtmaq üçün yollar axtarır.

2002-ci ildə gənclər və idman naziri Əbülfəs Qarayev ilə görüşür və İlhamın Moskvaya gedərək orada müalicə almasına köməklikedilir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığınıbildirirlər. Bununla belə Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansıidman növü ilə məşğul olaraq yarışlara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştiraketməyi təklif edirlər.

“Bir müddətdən sonra dünya çempionatına qatıldım, 2004-cü il Paralimpiya oyunlarına lisenziya qazandım. Afinaparalimpiadasında kubalı Rafael Torres Pompanı 1 dəqiqə 20 saniyəyə tam üstələyərək yarımfinala yüksəldim, ardından ispanFermin Kampos üzərində 32 saniyəyə qələbə qazandım. Finalda isə Böyük Britaniya cüdoçusu Yan Rouzu ipponla 1 dəqiqə 2saniyə ərzində məğlub edərək çempion oldum.

2008-ci ildə Pekində isə rəqiblərim mənə qarşı çox ciddi hazırlaşmışdılar. İlk rəqibim fransız idmançı idi. Onunla əvvəllər Avropaçempionatlarında qarşılaşdığımızdan bir-birimizi yaxşı tanıyırdıq. Lakin 5 saniyəyə onu ipponla məğlub etdim. Eyni fəndləyarımfinalda Cənubi Koreyadan olan Park Cunq-Minə qalib gəldim. Mənim hələ indi də o yarışda eşitdiyim səslər qulağıma gəlir.Finalda rəqibim çinli idmançı – Vanq Sonq olduğundan yerli azarkeşlər ona böyük dəstək verirdilər. Lakin 40 saniyəyə onlarındəstəyini kəsdim. Əvəzində idman zalını doğma səslər – “Azərbaycan, Azərbaycan!” sədaları bürüdü. İlk dəfə olaraq Pekinparalimpiadasında Azərbaycan himni səsləndirildi. Bir idmançı kimi qürur duyur, özümü xoşbəxt sayıram. Hər bir idmançıya buhissləri yaşamağı arzulayıram” – deyə, İ.Zəkiyev bildirib.

5-ci dan qara kəmər sahibi İlhamın daha bir xoş xüsusiyyəti də odur ki, hər dəfə yarışda rəqibinə qalib gəldikdən sonra onunlanəzakətlə davranır, öz təşəkkürünü və onun layiqli rəqib olduğunu bildirir.

ZƏFƏRLƏRİN SİRRİ

Dostlarının “çempion” deyə çağırdıqları tanınmış idmançı, zəfər yolunun sirrini belə açıqlayır:

“Dünyanın heç bir yerində idmana ölkəmizdəki kimi qayğı göstərilmir. Azərbaycan idmançıları bunun qarşılığını verməyə borcludurlar.

Çətin durumda Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin köməyi sayəsində müalicə olunmaq üçün Moskvayagöndərildim. Həkimlərin zəhməti nəticə verməsə belə yıxılmadım. Paralimpiya Komitəsində yüksək səviyyədə qarşılandım, “Sənin alnına paralimpiya və dünya çempionu olmaq” yazılıb ifadəsini eşitdim. İlk günlər çətin oldu. Ancaq Allahın, məşqçilərin,ailəmin, dostlarımın yardımı ilə ağır dövrü arxada qoyaraq uğurlara imza atdım. İdmançılarımızın qələbəsinin arxasında Prezidentİlham Əliyevin qayğısının durduğunu və bu şəxsin bizim çəkdiyimiz zəhməti artıqlaması ilə qiymətləndirdiyini xüsusilə qeydetmək istərdim. Məşqçim Əhməd Rəcəbli, Milli Paralimpiya Komitəsi, “Neftçi” İdman-Sağlamlıq Mərkəzi, Gənclər və İdmanNazirliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti uğurların qazanılması üçün bizə lazım olan şəraiti yaradıblar. Qələbədə əməyi,dəstəyi olanların hamısına minnətdaram. İnsan nə qədər güclü olsa da, tək heç nə edə bilməz! Bir xoş söz belə adama ruh, enerjiverir. Mənə göstərilən dəstək və qayğı bu mübarizədə qələbəmi şərtləndirir. Prezident İlham Əliyev tərəfindən mənə mənzilverilib, maşın bağışlanıb. İdmanın inkişafında göstərdiyim xidmətlərə görə, “Şöhrət” ordeni ilə təltif olunmuşam. Bütün bunlar məsuliyyətimi daha da artırır.

Hər dəfə Azərbaycanımın bayrağı zirvəyə qaldırılanda, himnimiz səslənəndə sözlə ifadəsi mümkünsüz olan anlar yaşamışam.

Gənclərimizə də hər zaman birinci olmağı, doğma bayrağımızı zirvələrə daşımağı arzulayıram”.

“İŞIQLI ZÜLMƏT

Azərbaycan Prezidenti İlham Əliyev idmandakı xidmətlərinə görə İlham Zəkiyevin əməyini yüksək qiymətləndirib:

2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2009-cu ildə “Əməkdar idman ustası” fəxri adı verilib, 2012-ci ildə “Tərəqqi” medalınalayiq görülüb.

Heydər Əliyev Fondu tərəfindən təqdim olunan “Qızıl Çinar” beynəlxalq mükafatını alan yeganə idmançıdır. Bundan başqa,İ.Zəkiyev evlə təmin olunub, həmçinin hər ay olimpiya təqaüdü alır.

İlham Zəkiyev 2005-ci ildə tanıdığı qızla ailə həyatı qurub. Onların toy günündə ölkə prezidenti də öz təbrik məktubunu göndərib.Hazırda onun 2 övladı var.

Balaca İlkin Allahdan atasına şəfa diləyərək, ermənilərin düşmən olduğunu deyir. O, Azərbaycan bayrağını görən kimi tez ucadansəslənir: “Ata çempion”.

2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin qəhrəmanlıq həyatından bəhs edən qısametrajlı “İşıqlı zülmət” filmi çəkilib.

İlham həm də futbol ilə maraqlanır və Bakının “Neftçi” klubunun sadiq azarkeşidir və Azərbaycan futbolu tarxində ilk olaraq doğma komandasının Avropa Liqasının qrup mərhələsində oynaması ilə fəxr edir.

Titullu idmançı, dindardır və gündəlik namaz ibadətini yerinə yetirir.

İlhamın məqsədi olimpiya titulunu üçqata çatdırmaqdır.

“Ölkəmə daha çox – üçqat olimpiya çempionluğu sevinci yaşatmaq istəyirəm. Ən böyük arzularımdan biri şəfa tapmaqdır. Məngözlərimlə təkcə idman meydanlarında deyil, Qarabağda ucalan qələbə bayrağımızı da görmək istəyirəm...” – həyat və meydanmübarizəsinin qalibi belə deyir.

Anar CƏFƏROV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqədə birinci yerə layiq görülüb.

525-ci qəzet, 20.11.2012

Oxunma sayı: 2049

Digər xəbərlər