MESSİ – RONALDO MÜQAYİSƏSİ ÖLÜMLƏ BİTDİ

MESSİ – RONALDO MÜQAYİSƏSİ ÖLÜMLƏ BİTDİ
Futbol
09 Mart 2016 - 15:43
Nigeriyalı əsilli iki dostun iştirak etdiyi ad günü şənliyində ölüm hadisəsi olub.

Supersport.Az-ın məlumatına görə, bu haqda Hindistan polisi xəbər yayıb.

Kriştiano Ronaldonun fanatı, 34 yaşını qeyd edən Obinna ilə Messinin azarkeşi Nvabu arasında mübahisə yaranıb.

Obinnanın Nvabunu fincanla vurmaq istəyi alınmayıb. Şüşə qırıqlarını götürən Nvabu dostuna hücum edərək, onu qana boyayıb və hadisə yerindən qaçıb. Obinna həyatını itirib, Nvabunu polislər həbs ediblər.

Digər xəbərlər