"REAL MADRİD" VƏ "VOLFSBURQ" NÖVBƏTİ MƏRHƏLƏDƏ

"REAL MADRİD" VƏ "VOLFSBURQ" NÖVBƏTİ MƏRHƏLƏDƏ
Futbol
09 Mart 2016 - 01:51
Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

Supersport.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Madriddə "Real" "Roma"nı sınağa çəkib. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "Kral klubu" cütün favoriti hesab olunurdu. İspaniya komandası güclü olduğunu bir daha nümayiş etdirib.

Günün digər qarşılaşması Almaniyada keçirilib. Burada "Volfsburq" Belçika "Gent"ini qəbul edib. Səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn Almaniya təmsilçisi 1/4 finala daha yaxın görünürdü. Alman klubu bu dəfə də qələbə qazanıb.

Qeyd edək ki, sabah 1/8 finalın daha iki oyunu keçiriləcək.

8 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Real" (Madrid, İspaniya) - "Roma" (İtaliya) - 2:0
İlk oyun - 2:0

Qollar: Ronaldo, 64, Xames Rodriqez,68

23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)  - 1:0
İlk oyun - 3:2

9 mart

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:2

23:45. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)
İlk oyun - 0:1

Digər xəbərlər