Atdan yıxılan qolkiper yenidən komada

Atdan yıxılan qolkiper yenidən komada
Futbol
09 İyun 2023 - 23:22
Supersport.Az xəbər verir ki, PSJ-nin qapıçısı Serxio Riko yenidən komaya düşüb. Bu barədə “Le Parisien” məlumat yayıb.

Qapıçı hələ də Sevilyadakı xəstəxanadadır. İyunun 7-də Rikonun vəziyyətinin getdikcə yaxşılaşdığı, lakin ciddi olduğu barədə məlumat ortaya çıxdı. Bu gün, iyunun 9-da həkimlərin yenidən sakitləşdirici vasitələrdən istifadə etdiyi məlum olub. Bundan əvvəl Rikonun atdan yıxılaraq kəllə-beyin travması aldığı bildirilirdi. O, Sevilyadakı xəstəxanalardan birinə yerləşdirilib və orada beyin qanaması diaqnozu qoyulub. Daha sonra qapıçının nümayəndələri futbolçunu qatır arabası və qaçan atın vurması səbəbindən qəzaya uğradığını bildiriblər.

Riko 2020-ci ildən PSJ-də çıxış edir. Qapıçının klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Digər xəbərlər