İdmançımız uduzdu

Digər, Taekvondo
01 İyun 2023 - 15:39
Supersport.Az xəbər verir ki, bu gün Bakıda taekvondo üzrə dünya çempionatında dördüncü günün yarışları keçirilir.
Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) dünya çempionatına qələbə ilə başlayıb. O, 1/64 final mərhələsi çərçivəsində Alfredo Martinsi (Portuqaliya) mübarizədən kənarlaşdırıb. Kərimov 2:0 hesabı ilə qalib gəlib. O, 1/32 finalda Səudiyyə Ərəbistanından olan Zakariya Muhammed Qalini sınağa çəkib. Taekvondoçumuz 2:1 hesabı ilə üstün olub.. Xanoğlan 1/16 finalda danimarkalı Tobias Hittellə bacarmayıb.
Həmçinin qadın taekvondoçular +73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq.