Ançelotti "Roma"nı favorit hesab edir

Ançelotti "Roma"nı favorit hesab edir
Futbol
31 May 2023 - 21:49
Bu gün Budapeştdə Avropa Liqasının finalında "Roma" "Sevilya" ilə qarşılaşacaq.

Supersport.Az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti, tanınmış mütəxəsssi Joze Mourinyonun təcrübəsinin qarşıdakı oyunda fərq yarada biləcəyinə inanaraq, romalıların qalib gələcəyinə ümid edir.

"Mourinyo heç vaxt avrokubokların finalında məğlub olmayıb. Çətin dövrdən sonra "Sevilya" son iki ayda yaxşı iş gördü. "Sevilya" yaxşı təşkilatlanıb, yeni məşqçi var, lakin "Roma"nın şansı var. Çünki çox təcrübəli məşqçisi var. Ümid edirəm ki, qalib gələcəklər.

Keçmişi yaşatmaq klub üçün böyük gücdür. Aydındır ki, "Real Madrid" bunu edir və "Roma" da bunu etsə, gələcəkdə daha yaxşı bir klub olacaq və yenidən qalib gələ biləcək".

Digər xəbərlər