"Neftçi" futbolçuları kuboku qazanmaqla özlərini sığortalamaq istəyirlər" - Əsgər Abdullayev

Futbol, Eksklüziv
30 May 2023 - 15:59
Supersport.Az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Əsgər Abdullayev ölkə kubokunda "Neftçi" - "Qəbələ" finalı ərəfəsində fikirlərini bölüşüb.
"Bizi maraqlı, gərgin və baxımlı oyun gözləyir. Fikrimcə, "Neftçi" "Qəbələ"dən üstün görünür. Şanslar 60/40-dır".
Təcrübəli mütəxəssis hesab edir ki, çempionatda üçüncü olan "Neftçi" futbolçuları özlərini sığortalamaq üçün kuboku qazanmağa köklənib:
"Düşünürəm ki, "Neftçi" premyer liqada daha yaxşı çıxış edə bilərdi. Ancaq təəssüf alınmadı. Hesab edirəm ki, "Neftçi" futbolçuları bütün ümidini, gücünü kuboku qazanmağa yönəldərək, özlərini sığortalamaq istəyirlər. Ancaq oyun çox ağır olacaq. "Neftçi"nin keçmiş futbolçusu, azarkeşi olaraq komandamın qalib gəlməsini arzulayıram".
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" finalı iyunun 3-də 8-ci km stadionunda keçiriləcək. Oyun 20:00-da başlayacaq.

Digər xəbərlər

Dünya çempionatında final uğrunda mübarizə: Azərbaycan - Monteneqro

Video: "Qarabağ"ın prezidenti Tahir Gözəl: "Qəzzədə insanların vəziyyəti ürəyimizi ağrıdır, yəhudilər müharibəni dayandırmalıdır"