Azərbaycanla Türkiyənin eyni hədəfi: "Türk millətinin üzünü güldürəcəyik"

Digər, Taekvondo
22 May 2023 - 01:01
Bakıda təşkil olunacaq taekvondo üzrə 26-cı dünya çempionatında rekord sayda 145 ölkədən 933 idmançı mübarizə aparacaq. Yarış mayın 29-dan iyunun 6-dək keçiriləcək və 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Dünya çempionu aktivinə 140 reytinq xalı əlavə qazandıracaq.
Supersport.Az-ın məlumatına görə, maraqlıdır ki, Azərbaycan - Türkiyə dünya çempionatında qarşısına eyni məqsəd qoyub. Qardaş ölkələrin hər biri mötəbər yarışda 5 medal qazanmaq istəyindədir.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov kişilərdən 3, qadınlardan isə 2 medal gözlədiklərini bildirib.
Türkiyə Taekvondo Federasiyasının prezidenti Prof. Dr. Metin Şahin İzmir Çeşmədə milli komanda idmançılarını ziyarət edib.
Fransa və Sloveniya yığmaları ilə birlikdə dünya çempionatına hazırlaşan Türkiyənin seçmə kollektivi ən azı 5 medal qazanmaq istəyir.
Taekvondo Federasiyasının prezidenti Prof. Dr. Mətin Şahin, komandanın son durumu ilə bağlı baş məşqçi Servet Tazegüldən məlumat aldığını ifadə edərək, "Çox yaxşı hazırlıq keçirlər. İnşAllah istədiyimiz nəticəni əldə edərək türk millətinin üzünü güldürəcəyik" deyib.