Bakıda beynəlxalq seminar

Bakıda beynəlxalq seminar
Digər, Taekvondo
21 May 2023 - 22:17

Возможно, это изображение 7 человек, стол, помост и больницаSupersport.Az-ın məlumatına görə, Bakıda taekvondo üzrə beynəlxalq seminara start verilib. Dünya çempionatı ərəfəsində keçirilən məşğələlər 4 gün davam edəcək. Həmçinin yeniliklərlə bağlı əlavə dərslər də təşkil olunub.



Seminarlar Çeoulmin Kim (taekvondo proqramın partnyoru), Gündüz Abduallayev (ATF-in Hakimlər Komitəsinin sədri), Ameli Moras (WTF-in Hakimlər Komitəsinin sədri), Yunk Seok Yu (WTF-də Təhsil Departamentinin baş direktoru), Sonqçul Kim (WTF-in Texniki Komissiyası), Çakir Çelbat (WTF-də Paratekvondo Komitəsinin sədri) və Yunq Han Junq (texniki işçi) tərəfindən aparılır. Hakimlik seminarına 30, yeniliklər seminarına 24 ədalət təmsilçisi qatılıb.


Azərbaycan Takevondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov seminara qatılan qonaqları salamlayıb və uğurlar arzulayıb.


Qeyd edək ki, mayın 24-də hakimlik seminarından uğurla imtahan verənlərə beynəlxalq dərəcələr veriləcək.

Digər xəbərlər