Fərid Qayıbov: "İnanıram ki, olimpiadada medallarımızın sayı artacaq" - Video

Digər, Video
09 May 2023 - 14:11
Supersport.Az gənclər və idman naziri Fərid Qayıbovun Bakıda təşkil olunan güllə atıcılığı üzrə Dünya Kuboku-2023-ün açılış mərasimindən sonra verdiyi açıqlamanı videogörüntüyə alıb.
Nazir bildirib ki, Dünya Kuboku artıq ənənəvi hal daşıyır:
"Ötən il də 60-dan artıq ölkənin iştirakı ilə yarış baş tutmuşdu. Budəfəki turnirə 66 ölkə təmsilçiləri qatılıblar. Yüksək səviyyəli təşkilatçılığa görə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkürümü bildirirəm. Builki dünya çempionatının Azərbaycana həvalə edilməsinin səbəblərindən biri də budur. Avqustda bu idman növündə lisenziya xarakterli irimiqyaslı yarış olacaq. Bu turnirlər ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilir. Simvolik haldır ki, atıcılıq üzrə olimpiadada yeganə qızıl medalımız məhz ulu öndərin prezidentliyi dövründə əldə olunub. İnanıram ki, olimpiadadakı medallarımızın sayı artacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmançılara daim qayğı göstərilir".
F. Qayıbov hesab edir ki, Bakı Atıcılıq Mərkəzinin böyük yarışlar qəbul etmək gücündədir:
"Həm Dünya Kuboku, həm də avqustda keçiriləcək dünya çempionatı ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Dünyada 6-8 belə kompleks var. Bu kompleksi saxlamaq da lazımdır. Hər dəfə təmirə, müəyyən dəyişikliklərə ehtiyac olur. Edilən dəyişiklikləri də federasiya tərəfindən mənə göstərdilər. Biz tam hazırıq. Beynəlxalq Atıcılıq Federasiyanın nümayəndəsi də bildirdi ki, yarışlar çox yüksək səviyyədə təşkil olunub".
Qeyd edək ki, güllə atıcılığı üzrə Dünya Kuboku mayın 14-dək davam edəcək.