Azərbaycanda daha bir federasiyada istefa

Digər, Üzgüçülük
03 May 2023 - 09:11
Azərbaycan Üzgüçülük Federasiyasında rəhbərlikdə dəyişiklik olub.
Supersport.Az mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib. Bu posta Fəxri Şaiq oğlu Həsənov təyin olunub.
Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən Həsənov, bu vəzifəyə qədər Avto Lizinq Azərbaycan MMC-də çalışıb.