Kəmaləddin Heydərov nəylə qürur duyur?
Digər, Taekvondo
03 May 2023 - 12:23
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqla bağlı Təşkilat Komitəsinin iclası keçirilib.
Supersport.Az xəbər verir ki, iclasda Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Təşkilat Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edərək dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib.
Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir (Azərtac).