Messiyə cəza verildi

Messiyə cəza verildi
Futbol
03 May 2023 - 09:18
PSJ klubu Lionel Messini cəzalandırıb.

Supersport.Az xəbər verir ki, argentinalı futbolçunun Səudiyyə Ərəbistanına səfəri klub rəhbərliyini qəzəbləndirib.

Messinin "Loryan"a məğlubiyyətdən sonra klub rəhbərliyinə xəbər verməməsi münasibətləri gərginləşdirib. İki həftə heyətdən uzaqlaşdırılan ulduz futbolçuya bu müddət ərzində məvacib də ödənməyəcək. Digər xəbərlərə görə, bu hadisədən sonra klub Messi ilə yayda başa çatacaq müqaviləni yeniləməmək qərarına gəlib.

Qeyd edək ki, Lionel Messi "Trua" və "Ayaçço" ilə oyunlarda iştirak edə bilməyəcək.

Digər xəbərlər