Nurlan Novruzovun komandasından ilk qələbə

Futbol
03 May 2023 - 09:00
Futbol üzrə Litva çempionatında səkkizinci turun matçları oynanılıb.
Supersport.Az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçını keçirib. Komanda səfərdə “Jalgiris 2” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun “Yonava”nın qələbəsi ilə başa çatıb – 3:1. Bu, komandanın cari mövsümdə ilk qələbəsidir.
Nurlan Novruzov bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Yonava” 8 turdan sonra 4 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.