Boksçumuz dünya çempionatına qələbəylə başladı

Digər, Boks
01 May 2023 - 18:47
Azərbaycan boksçusu Ümid Rüstəmov Özbəkistanın paytaxtı Daşkənddə bu gün start verilən dünya çempionatına qələbə ilə başlayıb.
Supersport.Az-ın məlumatına görə, 57 kq-da çıxış edən idmançı 1/32 finalda mərakeşli Süleyman Samqulidən güclü olub.
Ümid Rüstəmov ikinci və üçüncü raundlarda rəqibini noqdauna salıb.
Qeyd edək ki, mayın 15-dək davam edəcək mundialda Azərbaycanın ümumilikdə 13 boksçusu mübarizə aparacaq.