Millimizdən daha 3 medal

Millimizdən daha 3 medal
Digər, Sambo
21 Aprel 2023 - 21:00
İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə Avropa çempionatında gənclərin yarışı yekunlaşıb.
Supersport.Az Azərbaycan Sambo Federasiyasına istinadla xəbər verir ki, millimiz çempionatda daha üç medal qazanıb. Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bürünc mükafat əldə ediblər.
Ötən gün kişilərin yarışında Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medala sahib çıxıblar.
Yarışa Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya və digər ölkələrdən idmançılar qatılıblar.
Aprelin 22-də kadet yaş kateqoriyasında olan samboçular Avropa çempionatında mübarizəyə qoşulacaqlar. Ölkəmizi İsmayıl Əlipənahov (49 kq), Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Sadiq Nadirov (64 kq), Kənan Məmmədli (71 kq) və Hüseyn Hüseynli (88 kq) təmsil edəcəklər.
Millimiz baş məşqçi Vahid Tarverdiyev, məşqçilər Cabir İsmayılov və Elçin İbrahimovun rəhbərliyi altında mübarizə aparır.

Digər xəbərlər