Azərbaycandan ilk gündə 4 medal

Digər, Sambo
20 Aprel 2023 - 16:21
İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə Avropa çempionatında kişilərin yarışı yekunlaşıb.
Supersport.Az Azərbaycan Sambo Federasiyasına istinadla xəbər verir ki, millimiz çempionatda 4 medal qazanıb. Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medala sahib olublar.
Yarışda Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya və digər ölkələrdən idmançılar iştirak edirlər.
Aprelin 21-də gənc samboçular Avropa çempionatında mübarizəyə qoşulacaqlar. Ölkəmizin idman şərəfini Sahib Babayev (58 kq), Abdurrahman Səbzəliyev (64 kq), Canəli Əlizadə (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) qoruyacaqlar.
Millimizi çempionata baş məşqçi Vahid Tarverdiyev, məşqçilər Cabir İsmayılov və Elçin İbrahimov hazırlayıb.