“Hər iki komanda səhv etməkdən qorxurdu”

Futbol
16 Aprel 2023 - 18:25
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib.
“İlk dəqiqələrdən gərginlik hiss olunurdu. Hər iki komanda səhv etməkdən qorxurdu. Bu gün itirilən xal fəlakətə bərabər ola bilərdi. Şamaxı çox çətin səfərdir. Bizdən qat-qat yaxşı komandaların burada nə problemlər yaşadğını görmüsünüz. Meydança, hava amili təsir edir. Bəzi məqamlarda üstünlüyü ələ keçimişdik. Daha qətiyyətli olsaydıq, 3 xalla dönə bilərdik. Amma buna heyfslənmirik, çempionat davam edir. Ən əsası evdəki matçlarda qələbə qazanmalıyıq. Səfərdə "Kəpəz"ə də məğlub olmasaq, ümid etmək olar. Bunu da etməyə çalışacağıq.
“Şahin Diniyev bildirib ki, Premyer Liqanı kim tərk etsə, bu, həmin klub üçün faciə olacaq. Sizin fikriniz necədir?” sualına çalışdırıcı belə cavab verib:
“Mən bir ay əvvəl demişdim, fikrimi müzakirəyə çıxardılar. Heç kimin Premyer Liqanı tərk etməyini istəmirəm. Hərə bir cür başa düşür. Deyirlər ki, özünə görə deyirsən. 12 ildir "Sumqayıt" yaranıb. Bizim yaxşı akademiyamız var. Yenidən komanda qurmaq çox çətindir. Çoxları deyir ki, idman prinsipləri pozulur. Mən belə düşünmürəm. Hansısa komandanın Premyer Liqanı tərk etməsi həmin şəhərin futboluna təsir edəcək. Klub sayı artsa, daha yaxşı olar”.