İdmançılarımız lisenziya turnirinə qatılacaq

İdmançılarımız lisenziya turnirinə qatılacaq
Digər, Taekvondo
07 Aprel 2023 - 09:00
Azərbaycan taekvondoçuları aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə start veriləcək üçüncü Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcəklər.

Supersport.Az-a Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) yarışda mübarizə aparacaqlar.

Turnirdə hər çəki dərəcəsinin qalibi Polşada təşkil olunacaq üçüncü Avropa Oyunlarında iştirak hüququ qazanacaq.

Bu gün Rumıniyaya yollanan taekvondoçularımız aprelin 10-da Bakıya qayıdacaqlar.

Qeyd edək ki, Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında Azərbaycanın 7 taekvondoçusunun iştirakı artıq təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mötəbər yarışa vəsiqə əldə ediblər. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

Digər xəbərlər