“Qalatasaray”dan istefa tələbi

“Qalatasaray”dan istefa tələbi
Futbol
03 Aprel 2023 - 09:09
Supersport.Az-ın məlumatına görə, Superliqanın 27-ci turunda “Fenerbahçe” - “Beşiktaş” matçından sonra “Qalatasaray” Mərkəzi Hakim Komitəsi rəhbəri Lale Ortanı istefa verməyə çağırıb. Klub bununla bağlı sosial hesabında paylaşım edib:

“Bir klub yox, hamı üçün ədalət! Vəzifəyə gəldiyindən bəri liqaya xaos gətirib bir komandanın irəli getməsinə çalışan Lale Orta istefa!”













“Qalatasaray” “Adana Demirspor”u 2-0 məğlub etdiyi matçda Emre Akbabanın Dries Mertensə etdiyi hərəkətin ardından da “sarı-qırmızılı” komanda sərt etiraz etmişdi.

Hazırda Okan Burukun çalışdırdığı klub 63 xalla liderdir. “Fenerbahçe” 54 xalla ikinci, “Beşiktaş” 52 xalla üçüncüdür.


Digər xəbərlər