Rusiyada klub sahibi Tufan Sadıqov: "Bu, təxribatdır"

Futbol
01 Aprel 2023 - 12:21
"Ximki"nin azərbaycanlı himayədarı Tufan Sadıqov klubu buraxmayacaqlarını bəyan edib.
Supersport.Az-ın məlumatına görə, Rusiya mətbuatına açıqlamasında o, komandanı Premyer Liqada saxlamağa çalışacaqlarını bildirib:
"Klubu bağlamayacağıq. "Ximki"nin büdcəsi əvvəlcədən 5 il üçün razılaşdırılıb və təsdiq edilib. Bütün bunlar klub ətrafında bir növ təxribatdır. "Ximki"nin heç bir problemi, borcu yoxdur! Yüksək liqada, yoxsa aşağı dəstədə olmasından asılı olmayaraq, klub 100 faiz yaşayacaq".
"Ximki"nin birinci liqaya düşdükdən sonra fəaliyyətini dayandıra biləcəyini jurnalist Sergey İlyev bildirib.
Xatırladaq ki, 20 turdan sonra 16 komanda arasında 15-ci yerdə olan klubun turnir vəziyyəti kimi maliyyə durumunun da ağır olduğu deyilir.