"Hər biri gələcəyin dünya, olimpiya çempionu ola bilər" - Sahil Babayev

"Hər biri gələcəyin dünya, olimpiya çempionu ola bilər" - Sahil Babayev
Digər, Boks
29 Mart 2023 - 09:00
Supersport.Az-ın məlumatına görə, Bakıda yeniyetmə boksçular arasında mərhum prezident Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin açılış mərasimində ABF-nin prezidenti Sahil Babayev Azərbaycanda mötəbər yarışların keçirilməsinin ənənə halını aldığını bildirib.

"Yarışda 11 ölkədən 100-dən artıq boksçu, 10-larla hakim iştirak edir. Belə mötəbər turnirin keçirilməsi ilk növbədə ölkə başçımızın həyata keçirdiyi idman siyasətinin, Azərbaycanın böyük nüfuzunun göstəricisidir. Bütün boksçularımıza uğurlar arzulayıram. Bugünkü yeniyetmə idmançılarımızın gələcək uğurlarına inanıram. Hər biri gələcəyin dünya, olimpiya çempionu ola bilər. İnanıram ki, biz birlikdə çox uğurlar əldə edəcəyik".

Azərbaycan himni səsləndikdən sonra federasiya rəhbəri yarışı açıq elan edib.

Qeyd edək ki, martın 28-də başlayan turnir aprelin 1-də başa çatacaq. 100-dən artıq boksçu 14 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcək.

 

Digər xəbərlər