
2 cüdoçumuz tatamiyə çıxacaq
Supersport.Az-ın məlumatına görə, Gürcüstanın paytaxtı Tiflisdə “Böyük Dəbilqə” turnirinin sonuncu yarış günü keçirilir.
Bu gün 2 çəki dərəcəsində 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilərin yarışında -90 kq. çəki dərəcəsində Vüqar Talıbov və +100 kq. çəki dərəcəsində Camal Qamzatxanov güclərini sınayacaq.
İlkin görüşlər saat 11:00-da başlayacaq.