Millimiz darmadağın olundu

Millimiz darmadağın olundu
Futbol
25 Mart 2023 - 23:15
Azərbaycanın futzal üzrə U-19 milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

Supersport.Az xəbər verir ki, millimiz Bosniya Herseqovinada təşkil edilən oyunda Yunanıstan yığması ilə qarşılaşıb. Qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, millimiz qrupdakı əvvəlki oyunlarında Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzmuşdu.

AÇ-2023-ün seçmə mərhələsi, 5-ci qrup
25 mart

Azərbaycan – Yunanıstan 3:11
Qollar
: Rüfət Məmmədli, 26:08. Fərid Abbasov, 29:23. Şahbaz Həndəmli, 39:55 – Panayotis Qriqorakos, 3:17; 12:52. Kiriakos Kountardas, 6:42; 27:48. Konstantinos Pavlidis, 6:58. Konstantinos Papasopulos, 14:30. Gerasimos Tselios, 17:16; 23:25; 27:33. Aleksandros Adamopulos, 19:41. Angelos Georgoyannis, 21:47.
Hakimlər: Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan), Nikola Manzione (İtaliya).
Şiroki Briyeq şəhəri, “Pecara” İdman zalı.

Xallar: Fransa - 6, Bosniya və Herseqovina - 6, Yunanıstan - 3, Azərbaycan - 0.

Digər xəbərlər