Messi - 800 - Video

Messi - 800 - Video
Futbol, Video
24 Mart 2023 - 22:33
Argentina milli komandası yoldaşlıq görüşündə Panama yığması ilə üz-üzə gəlib.Supersport.Az xəbər verir ki, paytaxt Buenos Ayresdəki "Monumental  Stadionu"nda baş tutan qarşılaşma ev sahiblərini 2:0 hesablı qələbəsi ilə başa çatıb.Matç Argentina seçməsinin kapitanı Lionel Messi üçün əlamətdar olub. 89-cu dəqiqədə fərqlənən PSJ-nin hücumçusu karyerası ərzində 800-cü qolunu vurub.


Messi Kriştiano Ronaldodan sonra 800 qol vuran ikinci futbolçu olub. Portuqaliyalı ulduz bu göstəriciyə 2021-ci ilin dekabr ayında imza atmışdı.

Lionel Messi 672 qolu "Barselona"nın heyətində vurub. PSJ-də 30 dəfə fərqlənən 35 yaşlı hücumçu 98 dəfə isə Argentina yığmasının forması ilə qol sevinci yaşayıb.


Digər xəbərlər