Final Amerikada

Final Amerikada
Futbol
22 Mart 2023 - 21:25
KONKAKAF (Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının finalı Las-Veqasdakı “Allecent” stadionunda keçiriləcək.
Supersport.Az xəbər verir ki, turnirin yarımfinal, üçüncü yer uğrunda görüşləri də bu arenada olacaq. Oyunlar iyunun 15-18-də keçiriləcək.
“Allecent” stadionu “Las Vegas Raiders” klubuna məxsusdur və 65 min tamaşaçı tutumuna malikdir.
KONKAKAF Millətlər Liqasının ilk qalibi ABŞ yığması olub.

Digər xəbərlər