"Gent" "Başakşehir"i də kənarlaşdırdı

"Gent" "Başakşehir"i də kənarlaşdırdı
Futbol
15 Mart 2023 - 23:00
Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçika "Gent"i Türkiyənin "Başakşehir" klubunun qonağı olub. Matçda Gent klubu 4:1 hesabıyla qalib gəlib. Komandalar arasında ilk oyunda 1:1 başa çatmışdı. İki oyunun cəmində "Gent" 1/4 finala adlayıb.

1/8 finalın digər cavab görüşləri martın 16-da olacaq.

15 mart

UEFA Konfrans Liqası

1/8 final, cavab oyunları

21:00. "Başakşehir" (Türkiyə) - "Gent" (Belçika) - 1:4

Qollar: Yanuzay, 88 - Gift Orban, 31, 32, 34, Kuypers, 37
İlk oyun - 1:1

Digər xəbərlər