Bakıda dünya çempionatının məkanı müəyyənləşdi

Digər, Taekvondo
13 Mart 2023 - 18:23
Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio ölkəmizdə səfərdə olub. WTF rəsminin paytaxtımıza gəlişində əsas məqsəd mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbərliyi ilə müzakirələr aparmaq olub.
Supersport.Az-a ATF-dən bildiriblər ki, C.Sio səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununa əsasən, dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. C.Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın "Baku Crystal Hall"da keçirilməsinə qərar verilib.
Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyi vaxtı olacağından yubiley ölkəmizdə qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.